Türkiyənin Azərbaycanda yeni səfiri təyin edilib

© Photo : Twitter / Cahit Bağcı Azərbaycana təyin olunan səfir Cahit Bağçı
Azərbaycana təyin olunan səfir Cahit Bağçı - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla ümumilikdə Türkiyənin xaricdəki 10 səfiri geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib. 

BAKI, 3 aprel - Sputnik. Türkiyə Azərbaycana yeni səfir təyin edib. 

Sputnik Azərbaycan "Resmi Gazete"yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Qərara əsasən, Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı olacaq.

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda anadan olub.

Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib.

1988-ci ildə Dövlət Planlaşdırma Qurumunun Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral idi. 

Ərdoğanın qərarlarıyla ümumilikdə Türkiyənin xaricdəki 10 səfiri geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib. 

Xəbər lenti
0