Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rospotrebnadzor" pandemiyanın bitməsinin maksimum müddətini proqnozlaşdırıb

© AP Photo / Pavel GolovkinСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива  - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Hadisələrin pis cərəyan edəcəyi təqdirdə isə infeksiyanın yayılması bir il ərzində sona yetəcəkHadisələrin pis cərəyan edəcəyi təqdirdə isə infeksiyanın yayılması bir il ərzində sona yetəcək

BAKI, 2 aprel — Sputnik. Koronavirus pandemiyası hadisələrin optimal ssenari əsasında cərəyan edəcəyi təqdirdə yarım ildən sonra başa çatacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu "Rospotrebnadzor"un nəzdindəki Epidemiologiya üzrə mərkəzi elmi-tədqiqat institutunun direktor müavini Natalya Pşeniçnaya deyib. Onun sözlərinə görə, hadisələrin pis cərəyan edəcəyi təqdirdə isə infeksiyanın yayılması bir il ərzində sona yetəcək.

"Hələ ötən ilin aprel ayında alimlər riyazi hesablamalar əsasında dünyanı pandemiyanın minimum bir il yarım – iki il davam edəcəyi barədə xəbərdar etmişdi. Biz görürük ki, bu hesablamalar hələ ki, özünü doğruldur", - deyə Pşeniçnaya xatırladıb.

Direktor müavini onu da əlavə edib ki, vəziyyətin nikbin və ya bədbin ssenari üzrə cərəyan etməsi vətəndaşların nə dərəcədə şüurlu davranacağından və profilaktik tədbirlərə riayət edib-etməyəcəyindən asılı olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko ölkədə COVID-19 epidemiyasının 2021-ci ildə başa çatması üçün bütün tədbirlərin görüldüyünü deyib. Onun sözlərinə görə, gələn il koronavirus peyvəndi vurulmuş vətəndaşların sayı, yaşlılar da nəzərə alınmaqla, on milyonlarla ölçülə bilər.

"Biz immunitetli təbəqənin olmasını təmin etməliyik", - deyə nazir qeyd edib.

Pandemiya dövrü ərzində Rusiyada 4554264 yoluxma halı qeydə alınıb, 4176419 nəfər sağalıb, infeksiyadan 99233 nəfər dünyasını dəyişib. Dünyada 129 milyona qədər insan koronavirusa yoluxub, 2,8 milyondan çox insan həlak olub.

Xəbər lenti
0