01:47 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
XƏBƏRLƏR
Qısa URL
17 0 0

"Azərbaycanın köhnə əsginaslarında Dədə Qorqudla bağlı bir sıra ifadələr əsginaslardan çıxarılıb. Bu da ictimaiyyətdə narahatlığa səbəb olub. Müvafiq qurumlardan bunun səbəbini soruşmaq istərdim"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. "Azərbaycanda dövriyyəyə yeni pul əsginasları buraxılıb. Hesab edirəm ki, əsginaslarda həm də Azərbaycanın tarixi, mədəniyyəti özünü əks etdirməlidir. Amma yeni buraxılan 5 manatlıq əsginaslarda bu yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

“Köhnə əsginaslarda bunlar öz əksini tapmışdı. Azərbaycanın köhnə əsginaslarında Dədə Qorqudla bağlı bir sıra ifadələr əsginaslardan çıxarılıb. Bu da ictimaiyyətdə narahatlığa səbəb olub. Müvafiq qurumlardan bunun səbəbini soruşmaq istərdim. Ən azından Azıx mağarası ilə bağlı simvol bu yeni əsginaslarda olmalı idi”, - deyə o bildirib.

Əsas mövzular