CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman: “Ermənistanın təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib”

© Photo : REPORTОмбудсмен Азербайджана Сабина Алиева, фото из архива
Омбудсмен Азербайджана Сабина Алиева, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
"Müharibə dövründə Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən uzaqda dağılan rayon və şəhərlərə mütəmadi səfərlər etmişəm, faktaraşdırıcı missiya həyata keçirmişəm"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. "Ötən il Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımızın azad olunması istiqamətində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə şanlı tariximizdə əsl qəhrəmanlıq salnaməsidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

"Müharibə dövründə Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən uzaqda dağılan rayon və şəhərlərə mütəmadi səfərlər etmişəm, faktaraşdırıcı missiya həyata keçirmişəm. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq qurumlara müsahibələr verilib, müraciətlər ünvanlanıb. Həmin müraciətlərdə Ermənistanın Azərbaycan əsirlərinə qarşı qeyri-insani rəftarına beynəlxalq təşkilatlar tərəfindən qiymət verilməsi, Ermənistanın siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi tədbirlərin görülməsi tələbləri yer alıb", - deyə o bildirib.

Xəbər lenti
0