Mikayıl Cabbarov peyvənd olunub

© Sputnik / Murad OrujovМинистр экономики Азербайджана Микаил Джаббаров
Министр экономики Азербайджана Микаил Джаббаров - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
"Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir"

BAKI, 2 aprel — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir", - deyə nazir qeyd edib.

Xəbər lenti
0