13:30 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
21 0 0

 Səlcuq Bayraqdar bu gün Bakıda Baykar Müdafiə Uçuş Tədris Mərkəzinin məzunu olan azərbaycanlılarla görüşüb.

BAKI, 1 aprel - Sputnik. Vətən müharibəsindəki qələbədə əvəzsiz rol oynamış "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, "Baykar" şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar bu gün Bakıda Baykar Müdafiə Uçuş Tədris Mərkəzinin məzunu olan azərbaycanlılarla görüşüb. O, bu barədə özünün Facebook hesabında məlumat verib.  

"Təhsillərini Baykar Müdafiə Uçuş Tədris Mərkəzində tamamlayaraq məzun olan Azərbaycanlı PUA heyəti ilə görüşdük. Qarabağ Tək Vətən Hərəkatının xatirəsinə kəsdirdiyimiz xatirə pulları onlara təqdim etdim. Bu arada şirin yeyib şirin danışdıq. Bir millət iki dövlət", - Bayraqdar yazıb.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Səlcuq Bayraqdarı və ASELSAN şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Səlcuq Bayraqdarın bu uğurların önündə getdiyini vurğulayıb, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib.

İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Səlcuq Bayraqdarı “Qarabağ ordeni” ilə təltif edib və ordeni ona şəxsən təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Səlcuq Bayraqdar "Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir" deyib. 

Əsas mövzular