14:41 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Azərbaycan XİN başçısı Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə gedib.

BAKI, 1 aprel - Sputnik. Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilir.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə gedib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı nazirin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini açıqlayıb.

Əsas mövzular