BAKI, 1 aprel — Sputnik. Keçən il itkin düşən amerikalı "Emmy" mükafatlı prodüser Evelin Sakaş Nyu-Yorkdakı evində zibil yığınının altında ölü tapılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 66 yaşlı qadının mətbəxinin döşəməsində zibil yığını altında uzanmış vəziyyətdə tapıldığı bildirilir. Onu sonuncu dəfə 30 sentyabr 2020-ci ildə görüblər. Cəsədi Sakaşın bacısı evi yığışdırmaq üçün gəldiyi zaman tapıb.
Evelin Sakaş 1990-cı il "The Mermaids" və 2014-cü il "Still Alice" kimi filmlərdə çalışıb. 2003-cü ildə onun "Between the lions" filmi "Emmy" mükafatı qazanıb.