13:51 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
79 0 0

Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov: "Bütün sülhməramlılarımız bu şəhərciklərə yerləşdiriləcəklər"

BAKI, 31 mart — Sputnik. Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib. Sputnik Ermənistan xəbər verir ki, o Xankəndində Rusiya sülhməramlıları üçün 250 nəfərlik modul tipli şəhərciyin açılışına qatılıb.

"Bu gün biz 25 belə şəhərciyin avadanlıqlarla təchizatını yekunlaşdırırıq. Aprelin 5-nə qədər onlar istifadəyə veriləcək. Bütün sülhməramlılarımız bu şəhərciklərə yerləşdiriləcək", - deyə general bildirib.

O, həmçinin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda mobil hospital tikilir: "Aprel ayının sonuna qədər sülhməramlı qüvvələrimizin bütün istiqamətlər üzrə təminatını başa çatdırmalıyıq".

Qeyd edək ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

  • Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib
    © Photo: RUSSIA DEFENCE MINISTRY
  • Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib
    © Photo: RUSSIA DEFENCE MINISTRY
  • Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib
    © Photo: RUSSIA DEFENCE MINISTRY
  • Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib
    © Photo: RUSSIA DEFENCE MINISTRY
1 / 4
© Photo: RUSSIA DEFENCE MINISTRY
Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

Əsas mövzular