CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur avtomobil şirkəti standart modelini uzatdı

© AFP 2023 / GABRIEL BOUYSToyota Sequoia
Toyota Sequoia - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Yeni pikap V8tipli 4,5 litr həcmli, 205 at gücündə mühərriklə hərəkətə gətirilir ki, o da 5 pilləli, mexaniki sürətlər qutusuna qoşulub

BAKI, 29 mart — Sputnik. Avstraliyanın "JMax Engineering" şirkəti "Toyota Land Cruiser 70" modelinin 2019-cu il buraxılışına maraqlı tüninq etmək qərarına gəlib. Mütəxəssislər həmin modelə əlavə iki təkər, 2 vinç və güc bamperləri əlavə edərək onu maraqlı pikapa çeviriblər. Hazırda yeni model yerli bazarda təqribən 190000 Avstraliya dollarına təklif olunur (təqribən 146 min manat).

Yeni avtomobilə üçüncü təkər oxunu əlavə etmək üçün mütəxəssislər standart "Land Cruiser 70"in gövdəsini uzatmalı olublar. Bundan əlavə, pikap ciddi yolsuzluq şəraiti üçün bir qədər gücləndirilib. Konkret olaraq yeni modelə iki əlavə vinç, JMax tipli amortizatorlar və güc bamperləri əlavə olunub, onsuz da iri olan görmə bucağı bir qədər də genişləndirilib.

6 təkərli yeni pikap V8tipli 4,5 litr həcmli, 205 at gücündə mühərriklə hərəkətə gətirilir ki, o da 5 pilləli, mexaniki sürətlər qutusuna qoşulub.

Qeyd edək ki, "Land Cruiser 70" ən uzunömürlü modellərdən biridir. Belə ki, bu avtomobil artıq 36 ildir ki, istehsal olunur. 2020-ci ildə adı çəkilən avtomobildə yenilənmələr olub. Konkret olaraq yeni versiyaya 6,1 düymlük displey quraşdırılıb. Lakin maraqlıdır ki, yeni displey "Apple Carplay" və "Android Auto" sistemlərini və rəqəmsal radionu dəstəkləmir.

Xəbər lenti
0