Şəhid və qazi ailələrinin evlərinə qaz çəkilib - FOTO

© Photo : © Photo : AzeriGas Production UnionQaz sayğacı
Qaz sayğacı - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Şəhidin atasının müraciəti cavabsız qalmayıb. Onların fərdi yaşayış evi tez bir zamanda qazlaşdırılıb.

BAKI, 29 mart — Sputnik. 60-dan çox şəhid və qazi ailəsinin evinin qazlaşdırılması prosesi həyata keçirilib. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, ötən ilin sonu və bu ilin əvvəlindən etibarən bu günədək şəhid ailələri, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri tərəfindən Birliyə çox sayda müraciət daxil olub.

Müraciətlər sırasında həm qaz çəkilişi, həm də qaz xətlərinin yerinin dəyişdirilməsi kimi məsələlər öz əksini tapıb.

Bakı şəhəri, eləcə də ölkənin müxtəlif bölgələrindən "Azəriqaz" İB-yə daxil olan şəhid və qazi ailələrinin müraciətləri əsasında daxili imkanlar hesabına 2021-ci ilin 3 ayı ərzində 67 fərdi yaşayış evi qazlaşdırılıb.

44 fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yeri isə müraciət edən şəxsin istəyinə uyğun olaraq dəyişdirilib. Bu müraciətlər həm yazılı şəkildə, həm də Birliyin sosial şəbəkə ünvanlarına daxil olub, araşdırılıb, baxış keçirilib, layihə işləri icra olunub və müraciət təmin edilib.

© © Photo : AzeriGas Production UnionQaz sayğacı
Şəhid və qazi ailələrinin evlərinə qaz çəkilib - FOTO - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Qaz sayğacı

Son belə müraciətlərdən biri də Gəncə şəhərindən Vətən müharibəsinin qazisi Hüseyn İsmayılzadə tərəfindən ünvanlanıb. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 2-də isə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Qazinin evi mövcud daşıyıcı qaz xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, dərhal mal-material tədarük edilməklə qazlaşma reallaşdırılıb.

Quba rayonunun Əlbəyqışlaq kənd sakini Yafət Əhmədovun oğlu Rəvan Əhmədov Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaətlə döyüşərək qəhrəmanlıq göstərib və şəhidlik zirvəsinə yüksəlib. Şəhidin atasının müraciəti cavabsız qalmayıb. Onların fərdi yaşayış evi tez bir zamanda qazlaşdırılıb.

Qeyd edək ki, şəhid və qazi ailələrinin yaşadığı və təbii qazdan istifadə etməyən yeni yaşayış massivlərində daxili imkanlar hesabına küçə qaz xətlərinin çəkilməsi işləri də aparılır. Bununla da həmin ərazidə yaşayan digər sakinlər də təbii qazdan istifadə etmək imkanı əldə ediblər.

Xəbər lenti
0