12:47 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

BAKI, 29 mart — Sputnik. Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarını qanunla müəyyən edilmiş qaydada rayon polis şöbəsinə gətirib. Rayon polis şöbəsində həmin şəxslərə bir daha koronavirus infeksiyası barədə məlumat verilərək bu tip addımlarla həm özlərinin, həm digərlərinin həyatlarının təhlükəyə atılması xatırladılıb. Bununla bərabər mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib.  RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

 

 

 

Əsas mövzular