05:15 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
XƏBƏRLƏR
Qısa URL
399 0 0

Yerləşdirmə sərhədlərin delimitasiya və demarkasiyası bitənədək müvəqqəti yerləşdirmədir. Delimitasiya və demorkasiya üçün isə ikitərəfli münasibətlərin olması zəruridir.

BAKI, 27 mart — Sputnik. Hazırda Azərbaycan-Ermənistan sərhəddindəki postlar SSRİ-nin 1975-1976-cı illərdə hazırlanmış hərbi xəritələri əsasında yerləşdirilir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Onun sözlərinə görə, bu yerləşdirmə sərhədlərin delimitasiya və demarkasiyası bitənədək müvəqqəti yerləşdirmədir. Delimitasiya və demorkasiya üçün isə ikitərəfli münasibətlərin olması zəruridir.

Avinyan onu da qeyd edib ki, proses uzun müddət sürə bilər.

"Biz Gürcüstanla bu prosesi hələ də başa çatdırmamışıq. Lakin gec-tez bu prosesi bütün qonşularımızla keçməliyik", - deyə baş nazirin müavini bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığında tərəflər Dağlıq Qarabağda vəziyyətin sabitləşdiyi və sakit olduğu bildirilib.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında Ermənistan tərəfinin təxribatı nəticəsində Dağlıq Qarabağda döyüş əməliyyatları yenidən başlanıb. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan işğal olunmuş ərazilərini qaytarmağa nail olub.

Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri birlikdə noyabrın 10-dan atəşin dayandırılması barədə qərar qəbul ediblər, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilib. Razılaşmaya əsasən, atəşkəsdən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycan silahlı qüvvələrinin nəzarətinə qaytarılıb.

Ermənistan vətəndaşları adı çəkilən bəyanatı təslimçilik kimi qəbul edib və Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçib.

Əsas mövzular