12:42 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Çayın üzərində uçuşan qağayılara, gəzinti gəmilərinə baxdıqca insanın ruhu dincəlir. "Nur şəhəri"nin bayram əhvalı Sputnik Azərbaycan-ın fotolentində.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Yazın ilk günlərindən Mingəçevir şəhəri yavaş-yavaş öz simasını dəyişir. Mingəçeviri iki hissəyə ayıran Kür çayı isə bura xüsusi gözəllik verir. Çayın üzərində uçuşan qağayılara, gəzinti gəmilərinə baxdıqca insanın ruhu dincəlir. Hətta parkda diqqətimizi çəkən pişik də bu məsələdə sakinlərlə həmrəy görünür.

  • Mingəçevir şəhərində sakinlər selfi çəkdirirlər
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevir şəhərində Kür çayına mənzərə
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə pişik
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Mingəçevir şəhərində sakinlər selfi çəkdirirlər

Bayram tətili günlərində Kür çayı sahilində müxtəlif bölgələrdən gələnlər az deyil. Onları Sahil parkının girişində quraşdırılan “Mən səni sevirəm, Mingəçevir” lövhəsi qarşılayır. Digər bölgələrdən fərqli olaraq “Nur şəhəri”ndə quraşdırılan lövhədə yazının ingilis dilində olması turistlərin də diqqətini çəkməyə xidmət edir. Mingəçevirdə Novruz bayramı günlərində insanların ən çox şəkil çəkib, paylaşım etdikləri məkan da yeni quraşdırılan lövhənin ətrafıdır.

"Nur şəhəri"nin bayram əhvalına Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

 

Əsas mövzular