14:58 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
2270 0 0

Ermənistanın Baş naziri: "Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək".

BAKI, 20 mart - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.

Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq:

“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılması. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.

Əsas mövzular