Türkiyə Milli Müdafiə Nazirliyi "Qış təlimi-2021" təlimlərindən yeni videogörüntülər yayıb

© Photo : Republic of Turkey Ministry of National DefenceЗимние учения 2021, проводимые с участием подразделений Вооруженных сил Турции и Азербайджана
Зимние учения 2021, проводимые с участием подразделений Вооруженных сил Турции и Азербайджана - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Abunə olmaq
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş "Qış təlimi-2021"də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.

BAKI, 20 mart - Sputnik. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimlərinin yeni görüntüləri yayılıb. 

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu gün həmin videonu Youtube səhifəsində paylaşıb.

Xatırladaq ki, fevralın 12-i Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş "Qış təlimi-2021"də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.

Fevralın 11-də "Qış təlimi-2021"in "Yüksək Səviyyəli Müşahidəçi Günü" və döyüş atışlı mərhələsi keçirilib. Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər. ATAK hücum vertolyotları xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib. PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər.

Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər. Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilib. Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.

"Qış təlimi-2021"-ə hər iki qardaş ölkənin mətbuatı ilə yanaşı xarici kütləvi informasiya vasitələri də böyük maraq göstərib. Türkiyə televiziyalarının hazırladığı reportajlarda Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığından danışılıb, təlim iştirakçılarından müsahibələr alınıb.

Xəbər lenti
0