12:35 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
58 0 0

Şahmar Mövsümov: "Metro açıq olanda daha çox insan daha çox məkanda bir-biri ilə təmasda olur və yoluxma artırdı".

BAKI, 19 mart — Sputnik. "Növbəti yumşalma zamanı metronun açılması gündəmə gələ bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O qeyd edib ki, nəqliyyatla bağlı tədbirlər koronavirusla bağlı aktivliyin aşağı salınması məqsədilə görülür:

"İctimai nəqliyyatı biz ya tamamilə bağlamalı, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxaracaq. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Biz də buna nail olmuşuq. Metronun bağlanması burada xüsusi rol oynayır. Metro açıq olanda aktivlik daha çox olur. Metro açıq olanda daha çox insan daha çox məkanda bir-biri ilə təmasda olur və yoluxma artırdı".

Əsas mövzular