Ərdoğan Bakıya gələcək

© © Murat Cetinmuhurdar / PPO / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli məlumat verib.

BAKI, 19 mart — Sputnik. Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər edib. Nazir səfər təəssüratını jurnalistlərlə bölüşüb.

Sputnik Azərbaycan "Modern.az" saytına istinadla xəbər verir ki, türkiyəli nazir Qarabağda qazandığımız qələbə münasibətilə Azərbaycanı təbrik edib, işğaldan azad olunmuş bölgələrdə aqrar sahənin inkişafı üçün Türkiyənin bütün istiqamətlərdə ölkəmizə dəstək olacağını bildirib.

Söhbət zamanı nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanlarda Azərbaycana səfər gələcəyini də qeyd edib.

Xatırladaq ki, Ərdoğan sonuncu dəfə Azərbaycana dekabrın 10-da rəsmi səfər edib. Türkiyə prezidenti həmin gün Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə "Azadlıq" meydanında keçirilən Qələbə paradında iştirak edib.

 

Xəbər lenti
0