Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusdan ölənlərin sayı 94 mini keçdi

© AP Photo / Pavel GolovkinСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива  - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 94 267 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4 049 373- ə çatıb.

BAKI, 19 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 9 699 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 443 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 437 938 -ə çatıb. Rusiyada pandemiya yayılandan 94 267 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4 049 373- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121,8 milyonu keçib, 2,69 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0