13:10 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
17 0 0

ABŞ-ın eks-prezidentinin oğlu Ağ Evin Vladimir Putinin teledebat təklifinə cavab verməməsinə münasibət bildirib.

BAKI, 19 mart — Sputnik. ABŞ-ın eks-prezidenti Donald Trampın onunla eyni adı daşıyan oğlu Ağ Evin Rusiya prezidenti Vladimir Putinin teledebat təklifindən imtinasından sonra bəyan edib ki, hazırda ABŞ-da lider yoxdur, sadəcə içi boş kostyum və telesuflyor var.

"Putin Co Baydeni əvvəldən hazırlanmış mətn olmadan birbaşa efirdə debata çağırdı. Ancaq bütün dünya bilir ki, bizim başımızda bir lider yoxdur, yalnız işi boş kostyum və telesuflyor var", – deyə Donald Tramp (oğul) öz Twitter hesabında yazıb.

Qeyd edək ki, bu günlərdə ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı söylədiyi fikirlər bütün dünyada böyük əks-səda doğurub.

Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də, həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya liderini qatil adlandırıb. Buna cavab olaraq, Putin Baydenə sağlamlıq arzulayıb və onu canlı yayımda teledebata çağırıb.

 

Əsas mövzular