05:10 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
46 0 0

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

BAKI, 19 mart — Sputnik. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, brifinqin saat 16:00-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

"Azərbaycanda koronovirus əleyhinə istifadə olunan "Coronavac" vaksini yeni ştammlara qarşı da effektivdir", - mərkəzdən bildirilib.

Qeyd edək ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Bundan əvvəl, hələ yeni ştammın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatla virusun Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin də daha yüksək olduğu məlum olub. Belə ki, yeni ştammın yeni növ koronavirus infeksiyasından fərqli olaraq daha sürətlə yayıldığı təsdiqlənib.

Əsas mövzular