COVID-19-a yoluxan ibtidai sinif müəllimi vəfat edib

© REUTERS / CHRISTIAN HARTMANNПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Həmin məktəbdə 2 müəllim, bir direktor müavini və bir texniki işçinin COVID-19 testinin müsbət çıxdığı qeyd edilib

 

BAKI, 18 mart — Sputnik. Azərbaycanda müəllim koronavirusdan vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıda yerləşən R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu gün COVID-19-dan ölüb.

Xatırladaq ki, dünən yayılan rəsmi məlumatlarda koronavirusa yoluxma səbəbindən 39 saylı tam orta məktəbin fəaliyyətini distant formada davam etdirəcəyi bildirilib.

Məlumatda həmin məktəbdə 2 müəllim, bir direktor müavini və bir texniki işçinin COVID-19 testinin müsbət çıxdığı qeyd edilib.

Xəbər lenti
0