11:57 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
236 0 0

Polis şübhəlilərin saxta dollar əskinaslarının Ukraynaya, saxta avroların isə Qərbi Avropa ölkələrinə qaçaqmalçılığı ilə məşğul olan iri cinayətkar qruplaşmanın üzvü olduğunu ehtimal edir.

BAKI, 18 mart — Sputnik. Bolqarıstan polisi amerikalı həmkarları ilə birlikdə Sofiya universitetlərindən birində uzun müddət saxta dollar əskinaslarının çap edildiyini aşkar edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, ali təhsil ocağının adı açıqlanmasa da, universitetdən printer və digər çap avadanlığının müsadirə olunduğu bildirilir.

Ümumilikdə hüquq mühafizə orqanları əməkdaşları 4 milyonluq saxta dollar və 3.5 milyondan artıq məbləğdə saxta avro aşkar edərək götürüblər.

Bundan əlavə, universitetin biri qadın, biri isə kişi olmaqla iki əməkdaşı da həbs edilib. Sofiya prokurorluğundan verilən məlumata görə, onlar universitetin nəşriyyatında hazırlanan saxta pulların nominal dəyərinin 10%-ni özlərinə götürürlərmiş.

Polis şübhəlilərin saxta dollar əskinaslarının Ukraynaya, saxta avroların isə Qərbi Avropa ölkələrinə qaçaqmalçılığı ilə məşğul olan iri cinayətkar qruplaşmanın üzvü olduğunu ehtimal edir.

 

Əsas mövzular