Xocavənddə gəncəli şəhidin nəşi tapılıb

© Sputnik / Rahim MuradovŞəhidin dəfni
Şəhidin dəfni - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
İyirmi üç yaşlı əsgər Vüsal Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

BAKI, 17 mart — Sputnik. Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsindəki "Mübarizlər" qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

Xəbər lenti
0