03:18 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Ayı sahibinin qohumu isə hadisəni "malalamağa" çalışaraq deyib ki, "bu ayı artıq ev heyvanıdır, insanlara xətər yetirmir".

BAKI, 17 mart — Sputnik. Rusiyanın Nijnevartovsk şəhərində bu gün martın 17-də səhər saatlarında ayı küçədən keçənlərin arxasınca düşüb, onlara hücum edib.

Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şahidlərdən biri həmin anları əks etdirən videokadrları internetdə yayıb. Kadrlar sürətlə federal KİV-lər tərəfindən tirajlanıb.

Məlum olub ki, ayı şəhərdəki otellərdən birinin ərazisində, qəfəsdə saxlanılırmış və vəhşi heyvan qəfəsi qıraraq küçəyə çıxıb. Daha sonra yoldan keçənlərin arxasınca düşüb, avtomobil yoluna çıxıb və bu zaman sürətlə hərəkət edən avtobus onu vuraraq yaralayıb. Ayı daha da aqressivləşib və insanlara hücum etməyə başlayıb.

Qəzəbli ayını yaxalamaq üçün əsl xüsusi əməliyyat keçirmək lazım gəlib, küçədə ayını görən sakinlər hərə bir tərəfə qaçıb gizlənib. Ayını tutmağa əvvəlcə yol patrul polisinin əməkdaşları cəhd ediblər, onlar yolu bağlayıblar və ayını binalardan birinin həyətinə sıxışdırıblar. Nəhayət ayını tutmaq mümkün olub. Və bəlli olub ki, o heç də meşədən qaçıb gəlməyib, şəhərdəki otellərdən birində saxlanılırdı.

Virtualaz-ın məlumatına görə, Surqut regionunun Daxili İşlər Nazirliyi insidentlə bağlı təhqiqat aparıb və məlum olub ki, ayının sahibi azərbaycanlıdır. O, Nijnevartovskda otel sahibidir və əvvəllər də dəfələrlə dəfələrlə sanitar normalara əməl etmədiyinə, silahın qeydiyyatı qaydalarını pozduğuna, alkaqolun parakəndə satışı qaydalarına əməl etmədiyinə və saxta alkaqol satdığına görə inzibati məsuliyyətə cəlb olunub. İndi isə onun barəsində ayıya görə inzibati protokol tərtib edilib, vəhşi heyvan veterinar müayinəsinə aparılıb.

Ayı sahibinin qohumu isə hadisəni "malalamağa" çalışaraq deyib ki, bu ayı artıq ev heyvanıdır, insanlara xətər yetirmir. "O, bizim keşikçimizdir. Ev heyvanı kimidir. Mən onu qəfəsə geri qaytarmaq istəyirdim", - o, bildirib. Əslində isə ayının otelə müştəri cəlb etmək üçün orada saxlanıldığı bildirilir.

 

Əsas mövzular