Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qarabağa möhtəşəm qayıdış bir filmdə yer alıb - VİDEO

© Photo : Azerbaijan State Academic Mmusical Theatre“Böyük qayıdış” filmindən kadr
“Böyük qayıdış” filmindən kadr - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, "Böyük qayıdış" pandemiya dövründən sonra hazırlayacağımız çox maraqlı bir layihəmizin kiçik parçasıdır.

BAKI, 17 mart — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük şanlı zəfər tariximizi həmişə özünün qısametrajlı filmlərində, videoçarxlarında böyük sevgi və qürur hissi ilə tərənnüm edir.

Sputnik Azərbaycan xəbər verir ki, qalibiyyət ruhlu layihələr silsiləsindən "Böyük qayıdış" qısametrajlı filmi teatrın növbəti uğurlu işidir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş prodüseri Ülvi Cəfərov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Qarabağın məşhur simaları – Molla Pənah Vaqif, Molla Vəli Vidadinin obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına bir ithafdır.

Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, "Böyük qayıdış" pandemiya dövründən sonra hazırlayacaqları çox maraqlı bir layihənin kiçik parçasıdır: "Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq, yenə də əkin-biçin başlayacaq, yenə də o dilbər guşədə musiqi səsi eşidiləcək, Bülbülün, Cabbar Qaryağdıoğlunun xoş avazları Qarabag ünvanlı evlərimizdə ruhumuzu oxşayacağıq".

Qeyd edək ki, filmdə rolları Əməkdar artistlər – Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar – Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əmrah Dadaşov, İbrahim Əlizadə, azyaşlı aktyorlar – Rahib və Nuray Məmmədzadələr ifa ediblər. 11 dəqiqəlik filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının və Strateji Kommunikasiyalar Mərkəzinin materiallarından istifadə edilib.

Xəbər lenti
0