07:33 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Nəticə etibarı ilə 2019-cu il ilə müqayisədə 2020-ci ildə aşkar olunan qeyri-qanuni heyvan kəsimi hallarının sayı 1,5 dəfə artıb.

BAKI, 17 mart — Sputnik. Qeyri-qanuni heyvan kəsimi hallarının sayı artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi ilə bağlı icmal materialında məlumat yer alıb.

2019-cu ildə qeyri-qanuni heyvan kəsimi hallarının sayı 1213, 2020-ci ildə isə 1887 olub. 2020-ci ildə aparılan ümumi yoxlamalar zamanı fəaliyyətində uyğunsuzluq aşkarlanan qida biznesi subyektlərinin sayında azalma olduğuna baxmayaraq, qeyri-qanuni heyvan kəsimi hallarının aşkar olunma sayında artım olması səbəbindən bu meyar üzrə seçilən indikatorun nəticəsi mənfi (-56%) olub.

Nəticə etibarı ilə 2019-cu il ilə müqayisədə 2020-ci ildə aşkar olunan qeyri-qanuni heyvan kəsimi hallarının sayı 1,5 dəfə artıb.

Əsas mövzular