18:36 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
17 0 0

3240 kapsul dərman vasitələri və avtomobilin kabinasının tavan hissəsindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd "İphone 11 Pro 64 GB" markalı mobil telefon aşkarlanıb.

BAKI, 17 mart — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında gömrük orqanlarına bəyan edilməyən 3240 kapsul dərman vasitələri və avtomobilin kabinasının tavan hissəsindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd "İphone 11 Pro 64 GB" markalı mobil telefon aşkarlanıb.

Əsas mövzular