Spiker: Makroiqtisadi göstəricilər aşağı düşsə də, xəstəlikdən az zərərlə çıxmışıq

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin Sədri Sahibə Qafarova
Milli Məclisin Sədri Sahibə Qafarova  - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Sahibə Qafarova:"Ən böyük uğurlardan biri Cənub Qaz Dəhlizinin istismara verilməsidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan qazı artıq Avropaya daşınır".

BAKI, 16 mart — Sputnik. "Bu gün müstəqil Azərbaycan özünün şanlı dövrünü yaşayır. Ölkəmiz çox güclüdür. Bu güc özünü xalq-iqtidar birliyində, iqtisadi və siyasi gücdə göstərir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 16-da keçirilən plenar iclasında deyib.

Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı və ərazi bütövlüyümüz bərpa olundu. Zəfərimiz ölkəmizin qarşısında yeni perspektivlər açıb, regionda yeni reallıq yaradıb.

"Pandemiya ilə əlaqədar makroiqtisadi göstəricilər aşağı düşsə də, bu xəstəlikdən az zərərlə çıxa bilmişik. Ən böyük uğurlardan biri Cənub Qaz Dəhlizinin istismara verilməsidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan qazı artıq Avropaya daşınır", - deyə Sahibə Qafarova qeyd edib.

Xəbər lenti
0