10:20 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
XƏBƏRLƏR
Qısa URL
68 0 0

Şəhid anası Xədicə Abdullayeva bayram ərəfəsində edilən bu əməlin Eminin övladları üçün ən gözəl hədiyyə olduğunu deyib.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Novruz bayarmı ərəfəsində Şəmkirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki şəhid ailəsi evlə təmin olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində dördmərtəbəli yaşayış binasında yerləşən evlər bütün məişət avadanlıqları ilə təmin edilmiş tam təmirli mənzillərdir. Sahəsi 108 kv.m olan dördotaqlı mənzil Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindənv II Vətən Müharibəsi şəhidi Mətləb Zamanovun anasına təqdim edilib. İndi bu evdə onun anası, həyat yoldaşı və 3 övladı yaşayacaq.

Şəhid anası Gülpəri Zamanova göstərilən qayğıya görə əməyi keçən hər kəsə minnətdar olduğunu bildirib:

"Mənim övladım həmişə balalarına qayğı göstərən ata olub. Bu gün onun övladlarına göstərilən bu qayğıya görə Prezidentimizə təşəkkürümü bildirirəm. Bütün əməyi keçənlərə sağ ol deyirəm", - deyə bildirib.
  • Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə mənzillər
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Şəmkirdə şəhid ailələrinə evlərin təqdimetmə mərasimi

Həmin binadan 3 otaqlı digər mənzil isə şəhid Emin Alməmmədovun ailəsinə verilib. Bu mənzildə şəhidin iki övladı böyüyəcək. Şəhid anası Xədicə Abdullayeva bayram ərəfəsində edilən bu əməlin Eminin övladları üçün ən gözəl hədiyyə olduğunu deyib:

"Evlə təmin olunduq. Eminin evə çox ehtiyacı var idi. Arzulayırdı ki, evi olsun. O arzu bu günə qismət imiş. Bu onun övladlarına ən gözəl bayram hədiyyəsi oldu", - deyə öz minnətdarlığını çatdırıb.

Bundan sonra digər şəhid ailələrinin də növbəlilik əsasında sosial müdafiəsinin gücləndiriləcəyi nəzərdə tutulur.

Əsas mövzular