Xocalı polisindən kövrək addım

© AR Ministry of Internal AffairsSovqatlar
Sovqatlar - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz Bayramı münasibətilə onları təbrik ediblər.

BAKI, 16 mart — Sputnik. Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.

© AR Ministry of Internal AffairsXocalı polisi şəhid ailələrinə bayram sovqatı paylayır
Xocalı polisindən kövrək addım - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Xocalı polisi şəhid ailələrinə bayram sovqatı paylayır

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz Bayramı münasibətilə onları təbrik ediblər.

 

Xəbər lenti
0