04:26 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
5010

Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. KİV və QHT rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonunun Şahbulaq qalasında olublar.

Sputnik Azərbaycan xəbər verir ki, səfər iştirakçılarına qalanın tarixi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsrə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.

Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları, əhəng və dağ daşlarından inşa edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir.

  • Ağdama media nümayəndələrinin səfəri
    © Sputnik / Emin Alisahib
  • Ağdama media nümayəndələrinin səfəri
    © Sputnik / Emin Alisahib
  • Ağdama media nümayəndələrinin səfəri
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Ağdama media nümayəndələrinin səfəri

Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.  Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib. Hazırda Şahbulaq qəsr kompleksindən təpə üzərində ucalan qala və məscid binası qalıb. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb. Yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Səfər artıq başa çatıb.

Əsas mövzular