04:10 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
XƏBƏRLƏR
Qısa URL
630410

Ötən sutka ərzində 3 nəfər köməksiz vəziyyətdə qalan və 1 nəfər intihara cəhd edən şəxs xilas olunub.

BAKI, 13 mart — Sputnik. Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinə 17 yanğına çıxış əməliyyatları həyata keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatları ilə bağlı açıqladığı statistikada qeyd olunub.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər köməksiz vəziyyətdə qalan və 1 nəfər intihara cəhd edən şəxs xilas olunub.

Əsas mövzular