Antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiQəmbərov Ələkbər Zaid oğluna məxsus çörək istehsalı sexi
Qəmbərov Ələkbər Zaid oğluna məxsus çörək istehsalı sexi - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib.

BAKI, 13 mart — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Şahin Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı sexin sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub.

Belə ki, sexdə çörək istehsalı zamanı istifadə edilən un və duzun birbaşa döşəmə üzərində saxlanıldığı, xammal olaraq istifadə edilən unun kənar qarışıqlardan təmizlənmədiyi, sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib. Sexə baxış zamanı məlum olub ki, anbarda temperatur və nisbi rütubətə nəzarət edən nəzarət-ölçü cihazları yerləşdirilməyib, çirkab suların yığılması, həşərat və yad cisimlərin girişinin əngəllənməsi məqsədilə heç bir tədbir görülməyib, həmçinin sexdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Xəbər lenti
0