ADY-nin sabiq Gürcüstan təmsilçisi Bakı Dövlət Sirkinə direktor təyin edilib

© Sputnik / Murad OrujovБакинский государственный цирк
Бакинский государственный цирк - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Sirkin keçmiş direktoru Vaqif Bağırzadə martın 7-də vəfat edib. Onun yerinə "Azərbaycan Dəmir Yolları" QSC-nin Gürcüstandakı sabiq səlahiyyətli nümayəndəsi təyin olunub.

BAKI, 13 mart — Sputnik. Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, bu barədə sirkin əməkdaşı Mahir Hümbətov məlumat verib. Sirkə yeni təyin olunan direktor Elmir Hüseynov adlı şəxsdir.

M.Hümbətov sirkin keçmiş direktoru Vaqif Bağırzadənin martın 7-də vəfat etdiyini bildirib.

Yeni direktor E.Hüseynov isə 1978-ci il dekabrın 2-də Bakıda anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. O, 2017-2020-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Xəbər lenti
0