Novruz yarmarkası: Ünvanlar və sərfəli qiymətlər

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
"Kənddən şəhərə" Novruz yarmarkasının yerləşəcəyi ünvanlar və satılacaq məhsulların qiymətləri açıqlandı.

BAKI, 13 mart — Sputnik. Bu gündən "Kənddən Şəhərə" Novruz yarmarkası başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Qoz 2.90 ₼-dan

Fındıq 2.90 ₼-dan

Şabalıd 4.00 ₼-dan

Qoz ləpəsi 8.00 ₼-dan

Fındıq ləpəsi 13.00 ₼-dan

Səməni 1.00 ₼-dan

Kartof 0.45 ₼-dan

Soğan 0.70 ₼-dan

Mandarin 2.00 ₼-dan

Portağal 1.70 ₼-dan

Alma 0.40 ₼-dan

Armud 1.40 ₼-dan

Xurma 0.50 ₼-dan

Pomidor 1.20 ₼-dan

Kələm 0.35 ₼-dan

Kök 0.50 ₼-dan

Göbələk 2.00 ₼-dan

Göyərti 0.10 ₼-dan

Kənd çolpası 3.50 ₼-dan

Mal əti 9.50 ₼

Quzu əti 12.50 ₼

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 13-19 mart tarixlərində "Kənddən Şəhərə" yarmarkaları təşkil olunub. "Kənddən şəhərə" Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Xəbər lenti
0