CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd təsərrüfatında çalışanlarla müqavilələr necə bağlanacaq?

© AFP 2023 / ROMEO GACADФермер на поле, фото из архива
Фермер на поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Deputat: "Əmək Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir"

BAKI, 12 mart — Sputnik. "Əmək Məcəlləsinə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir. Belə ki, məcəllənin 47-ci maddəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür".

Bunu millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a kənd təsərrüfatında çalışanlar ilə müqavilələr necə bağlanacaq məsələsinə cavab verərkən deyib.

"Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümi işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək", - deyə deputat bildirib.

O qeyd edib ki, Əmək Məcəlləsinə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı, təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.

Deputat əlavə edib ki, dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir: "Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də, bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir".

Qeyd edək ki, Əmək Məcəlləsinə dəyişikliklər Milli Məclisin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.

Xəbər lenti
0