SOS şirkəti müharibə veteranlarını işlə təmin edib

© Sputnik / Murad OrujovProtez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər təqdim olunub
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər təqdim olunub - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
Bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq, şirkətin kollektivi adından plaketlər də təqdim olunub.

BAKI, 11 mart — Sputnik. “Security Operation Services” (SOS) şirkəti 53 Vətən Müharibəsi iştirakçısını işlə təmin edib. Həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq, şirkətin kollektivi adından plaketlər də təqdim olunub. Şirkətin direktoru Anar Məmmədov bildirib ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub, lakin özəl müəssisə və təşkilatlar da bu işə öz tövhəsini verməkdədir. “Security Operation Services” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna 10.000 manat vəsait köçürüb. Bundan başqa şirkət digər sosial layihələrdə də fəal iştirak edir.

Qeyd edək ki, “Security Operation Services” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.

Xəbər lenti
0