13:33 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
9 0 0

"Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər", - "Azəriqaz".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. "Martın 12-də növbəlilik tətbiq etməklə xidmət sahəsinə əlavə işçi qüvvəsi cəlb olunacaq". Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bu gündən etibarən hava şəraitinin ksəkinləşməsi ilə əlaqədar görüləcək tədbirlər haqda Sputnik Azərbaycan-a açıqlamasında deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatını əsas tutaraq "Azəriqaz" İstehsalat Birliyi qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlayıb: "Belə ki, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq. Müvafiq strukturlar üzrə əlavə işçi qüvvələrinin də xidmətə cəlb edilməsi gözlənilir".

"Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər. Onu da qeyd edək ki, martın 12-də saat 14:00-da "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımda olacaq. Abonentlər onları maraqlandıran sualları baş direktora ünvanlaya bilərlər", - deyə Ceyhun Səfərov bildirib.

Əsas mövzular