Şabranda partlayış baş verib, xəsarət alanlar var

© REUTERS / STEPHEN LAMKaliforniyada vəziyyət
Kaliforniyada vəziyyət - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Yanıq xəsarətləri alan ailənin 3 üzvü - 56 yaşlı Gövhər Həsənova,25 yaşlı Aytac Dilavər qızı Həsənova və 31 yaşlı Elmir Baləli oğlu Həsənov Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Şabranın Şahnəzərli kəndində yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, yanğın fərdi yaşayış evində qeydə alınıb və hal-hazırda davam edir.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının baş verən evin ümumi sahəsi 180 kv.metrdir. Baləli Məmmədyusif oğlu Hüseynova məxsus ikimərtəbəli evdə yanğının qaz balonunun partlamasından  başladığı məlum olub.

Yanğını söndürməyə çalışarkən yanıq xəsarətləri alan ailənin 3 üzvü - 56 yaşlı Gövhər Həsənova,25 yaşlı Aytac Dilavər qızı Həsənova və 31 yaşlı Elmir Baləli oğlu Həsənov Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəbər lenti
0