SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Macarıstanı "Azərbaycanın ən yaxın dostu" adlandırdı

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib
Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Prezident: "Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq".

BAKI, 10 mart — Sputnik. "İşğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən deyib.

Prezident qeyd edib ki, söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir.

"Biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq", - İlham Əliyev deyib. 

O, digər sahələrdəki imkanlara da toxunub: 

"Bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var. Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz. Bir daha Azərbaycana xoş gəlmisiniz".

Xəbər lenti
0