Ermənistan Prezidenti gizlicə Bakıya səfər edib?

© Sputnik / Igor Russak / Mediabanka keçidArmen Sarkisyan
Armen Sarkisyan - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Ermənistanın "İravnuk" nəşri Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyanın fikirlərini yayımlayıb.

BAKI, 9 mart — Sputnik. Ermənistan Prezident Administrasiyası ölkə prezident Armen Sarkisyanın Azərbaycana səfər etməsi barədə Ermənistan KİV-lərində yayılan məlumatları məlumatı təkzib edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, daha əvvəl Ermənistanın "İravnuk" nəşri Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyanın fikirlərini yayımlayıb. Belə ki, fəxri konsul nəşrdən prezidentdən "onun noyabrın 17-i Bakıda nə etdiyini" soruşmağı təklif edib.

"Bəzi KİV-də Armen Sarkisyanın noyabrın 17-i guya Bakıda olmasına dair məlumatlar yayılır. Bu təbii ki, yalan və dezinformasiyadır. Prezident həmin gün və ya hər hansı başqa gün Bakıda olmayıb", - deyə məlumatda bildirilir.

Vurğulanır ki, noyabrın 17-i 2020-ci ildə Sarksiyan Yerevanda Kanadının Ermənistana təyin olunan yeni səfiri Elison Meri Leklerlə görüşüb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

https://ru.armeniasputnik.am/politics/20210309/26734031/Armen-Sarkisyan-ne-poseschal-Baku---administratsiya-prezidenta-Armenii-sdelala-zayavlenie.html

Xəbər lenti
0