06:58 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Martın 7-si  saat 13:00-a olan məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

BAKI, 7 mart - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günün faktiki hava şəraitini açıqlayıb. 

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 7-si  saat 13:00-a verdiyi məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti  Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt,  Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Əsas mövzular