06:48 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
XƏBƏRLƏR
Qısa URL
687 0 0

Türkiyə prezidenti: Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə tam həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı addımlara regional sabitliyin yanında olacağına ümid edirik

BAKI, 4 mart — Sputnik. Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb:

"Təşkilat olaraq Azərbaycanla tam həmrəylik içərisində olacağımıza inanıram. Bundan sonra başlıca hədəfimiz Qarabağda sülh və təhlükəsizliyin təmin olunmasına yardımçı olmaq, 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə tam həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı addımlara regional sabitliyin yanında olacağına ümid edirik".

Türkiyə Prezidenti Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid etdiyini də deyib.O, Ermənistanda baş verən siyasi böhranı isə belə şərh edib: 

"Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm".

Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan

Əsas mövzular