01:17 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
43 0 0

Türkiyə Milli Müdafiə Nazirliyi: "Altı həftə davam edəcək təlimlər üçün Ispartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq".

BAKI, 4 mart — Sputnik. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlimlər keçirəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Can Azərbaycanla "bir millət, iki dövlət" anlayışı ilə bir və bərabər fəaliyyətə davam edirik. Altı həftə davam edəcək təlimlər üçün Ispartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq", - deyə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
1 / 3
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri

Qeyd edək ki, fevralın 12-i Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş "Qış təlimi-2021"də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.

Fevralın 11-də "Qış təlimi-2021"in "Yüksək Səviyyəli Müşahidəçi Günü" və döyüş atışlı mərhələsi keçirilib. Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər. ATAK hücum vertolyotları xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib. PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər.

Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər. Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilib. Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.

"Qış təlimi-2021"-ə hər iki qardaş ölkənin mətbuatı ilə yanaşı xarici kütləvi informasiya vasitələri də böyük maraq göstərib. Türkiyə televiziyalarının hazırladığı reportajlarda Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığından danışılıb, təlim iştirakçılarından müsahibələr alınıb.

Əsas mövzular