Vergi Məcəlləsinə ciddi dəyişikliklər ediləcək

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
Dövlət Vergi Xidməti: "Ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından daha stabil Vergi Məcəlləsinə ehtiyac var. Xarici investorlar müəyyən zaman intervalında vergi mühitinin sabit qalacağına əmin olmalıdırlar".

BAKI, 4 mart — Sputnik. "Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması və mövcud tərtibat formasında dəyişikliklərin edilməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

O bildirib ki, Vergi Məcəlləsinin strukturunun dəyişilməsinin və yeni redaksiyada hazırlanmasının zəruriliyi bir neçə səbəblə bağlıdır:

"Əvvəla, məcəllənin daha anlaşılan olması və rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün zəruri dəyişikliklər edilməsi vacibdir. İkincisi, ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından daha stabil Vergi Məcəlləsinə ehtiyac var. Xarici investorlar müəyyən zaman intervalında vergi mühitinin sabit qalacağına əmin olmalıdırlar. Üçüncüsü, fəaliyyət sahələri üzrə vergiyə cəlb edilən əməliyyatların detallı şəkildə tənzimlənməsi üçün Vergi Məcəlləsinin yeni strukturuna ehtiyac var.

Sahibkarların ictimai birlikləri ilə aparılan işin məqsədlərindən biri də budur. Nəhayət, Azərbaycanın vergi xidmətinin son illərdə əldə etdiyi beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, beynəlxalq vergi münasibətlərinə inteqrasiyanın təmin olunması baxımından bütün bunları özündə əks etdirən, daha qlobal xarakter kəsb edən yeni qanunvericilik sənədinin işlənib hazırlanması məqsədəuyğundur".

Xəbər lenti
0