Müharibədə şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların son siyahısı açıqlandı

© Sputnik / Rahim MuradovŞəhidin dəfni
Şəhidin dəfni - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Abunə olmaq
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilənlər və itkin düşmüş hesab olunanlar haqqında məlumatı dərc edib.

BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz. 

 

 

Xəbər lenti
0