Bill Qeyts koronavirus pandemiyasının bitmə tarixini açıqladı

© AFP 2023 / STEPHANE DE SAKUTIN Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Milyarder vaksinin qısa müddətdə yaradılmasını və immunlaşdırılmanın başladılmasını möcüzə adlandırıb.

BAKI, 1 mart — Sputnik. Dünya koronavirusdan əvvəlki vəziyyətə 2022-ci ildən tez qayıda bilməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "CNN"-nin jurnalistləri ilə söhbət zamanı "Microsoft" korporasiyasının banisi Bill Qeyts bildirib.

Milyarder vaksinin qısa müddətdə yaradılmasını və immunlaşdırılmanın başladılmasını möcüzə adlandırıb. O, ehtimal edib ki, Birləşmiş Ştatlar koronavirusdan əvvəlki vəziyyətə artıq payızda qayıda bilər: "Lakin virus üzərində qələbə qazanmaq üçün "COVID-19"-la qlobal mübarizəyə böyük töhfə vermək və vaksini yaymaq lazımdır".

O, qeyd edib ki, hazırda preparatları əsasən varlı ölkələr alır və onun fondu bu problemdən narahatdır.

Qeyts bildirib ki, virusun yeni ştamlarının meydan gəlməsi və təkrar yoluxma 2022-ci il bütünlüklə koronavirusla mübarizəyə həsr oluna bilər. Virusa ən qısa zamanda qalib gəlmək üçün qəbul olunan tədbirlər effektiv olmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0