CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dünyada ilk dəfə yaradılan muzeyin açılışı olub

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Suraxanı” tanker-muzeyinin açılışında
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Suraxanı” tanker-muzeyinin açılışında - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" tanker-muzeyinin yaradılması dövlət başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır.

 

BAKI, 1 mart — Sputnik. Martın 1-də Bakıda "Suraxanı" tanker-muzeyin açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" tanker-muzeyinin yaradılması dövlət başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Suraxanı” tanker-muzeyinin açılışında - Sputnik Azərbaycan
1/6
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Suraxanı” tanker-muzeyinin açılışında - Sputnik Azərbaycan
2/6
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Suraxanı” tanker-muzeyinin açılışında - Sputnik Azərbaycan
3/6
© Official website of President of Azerbaijan Republic
“Suraxanı” tanker-muzeyi - Sputnik Azərbaycan
4/6
© Official website of President of Azerbaijan Republic
“Suraxanı” tanker-muzeyi - Sputnik Azərbaycan
5/6
© Official website of President of Azerbaijan Republic
“Suraxanı” tanker-muzeyi - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Dövlət başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi. Bildirildi ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.

Xəbər lenti
0