CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayətin statistikası: Borclu olanlar da saxlanılıb

© AFP 2023 / THOMAS SAMSONНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
İki gün ərzində Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

BAKI, 1 mart — Sputnik. 2021-ci il fevral ayının 27-dən martın 1-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilən 64 cinayətin üstü "isti izlər"lə açılıb. Öncəki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Xəbər lenti
0